Bakıda ata və oğul bıçaqlandı

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov dava zamanı bıçaqlanıb.

Metbuat.az xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı