Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib - FOTO

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yüksəkrütbəli hərbi qulluqçuları Lənkəranda şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçiriblər.

Hərbi Prokurorluqdan Metbuat.az-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, hərbi prokurorun böyük köməkçisi ədliyyə polkovniki Fərəc Sayılov, Lənkəran hərbi prokuroru ədliyyə polkovniki Elşən Əli-Məmmədov, polkovnik Telman Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə, mütəxəssis Musa Vəliməmmədov və digər şəxslər çıxış ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, onun siyasi kursunu yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, Silahlı Qüvvələrin formalaşdırılmasından, habelə ətraf mühitin daha da sağlamlaşdırılmasından və qorunmasından söz açıblar.

Tədbirdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, hüquq və vəzifələr haqqında məlumat verilib, ekoloji qanun pozuntuları, ekoloji cinayətlər və məsuliyyət barədə danışılıb. Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Sonda birgə ağaclar əkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı