Xırdalanda bıçaqlanan qadının əri saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Metbuat.az bu bildirir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindın bildirilib.

    Faktla bağlı cinayət işi başlanlıb, araşdırmalar aparılır.

    ***

    Abşeron rayonunda ailə-məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

    Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

    1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı yaşadığı evin həyətyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

    Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR