"Türkiyə bizə problem yarada bilməz" - Qus Hiddinq

2010-2011-ci illərdə Türkiyə millisinə rəhbərlik etmiş keçmiş baş məşqçi Qus Hiddink Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland-Türkiyə oyununu şərh edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Niderland mediasına danışan 77 yaşlı Hiddink Türkiyəyə qarşı oyunun asan olacağını deyib:

"Niderland üçün finala gedən yolun asan olacağını deyə bilərəm. Məsələn, Türkiyə ilə oyunda bir problem yaşamayacağıq. Əsas oyunçuları cəzalıdır. Bu oyun Niderland üçün problem olmamalıdır. Niderlandın oyunun taleyini qısa müddətdə həll edə biləcək potensialı var. Bunu edə bilmək üçün ilk 1 saatda Türkiyənin müqavimətini qırmalıyıq".

Qeyd edək ki, Niderland-Türkiyə matçı sabah saat 23:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR