AVRO-2024: Bu gün Türkiyə meydana çıxır

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə - İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı