Bakıda özəl klinikada faciə - Sünnət olunan körpə vəfat etdi

Bakıda faciəli hadisə baş verib.

Metbuat.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.

Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı