AVRO-2024-də müdafiəçiləri pərişan edən Alperə fantastik təklif

AVRO-2024-də oyunu ilə diqqət çəkən “Qalatasaray”ın futbolçusu Barış Alperə təkliflər var.

Metbuat.az xəbər verir ki, “Liverpul”hücumçu ilə maraqlanır. Məlumata görə, “Mançester Yunayted” və “Tottenhem”dən sonra “Liverpul” da futbolçunu transfer etmək üçün hərəkətə keçib. İddialara görə, “Qalatasaray” əvvəlcə Barış Alper üçün 30 milyon avroluq transfer qiyməti müəyyən edib. Lakin, Hollandiya ilə uğurlu oyundan sonra “Qalatasaray” bu məbləği daha da artırıb.

Qeyd edək ki, Barış Alper ötən mövsüm “Qalatasaray”ın heyətində 70 matçda 9 qol, 12 məhsuldar ötürmə ilə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR