"Qarabağ" qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçını keçirib.

Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan klubunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Qeyd edək ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı