COP29-un baş danışıqçısı və Azərbaycan səfiri Belçikanın rəsmiləri ilə görüşdülər

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Brüsseldəki səfiri Vaqif Sadıqovla Belçikanın rəsmiləri arasında görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçikanın iqlim və ətraf mühit üzrə xüsusi elçisi Lük Ceykobs və BMT İDÇK-da Belçika nümayəndə heyətinin rəhbəri Peter Vittoek ilə müsbət müzakirələr aparıblar”, – paylaşımda qeyd olunub.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı