“O verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır” - Tahir İmanov

"Tənqidin nəticəsi olmalıdır. Məsələ kökündən həll edilməlidir. "TikTok" kimi platforma ya bağlanmalır, ya da çərçivəyə salınmalıdır. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır. "TikTok"-da baş verənlər faciədir. Gənclərin zövqünü, həyatını korlayır. Orada çoxluq təşkil edən söyüşdür".

Metbuat.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Talknex" yutub layihəsində danışıb.

O bildirib: "Müstəqil insanam, fikir bildirirəm. Heç bir yerdə işləmirəm. Böyük layihələrdə işim yoxdur. Müsahibələrdən sonra dolayı yolla bəzi məmurlardan zənglər gəlir ki, Tahir İmanov niyə belə danışdı? Onları necə başa salım ki, azad ölkədə yaşayıram və azad fikrim var. Xoşunuz gəlmirsə, qulaq asmayın".

T.İmanov televiziyalarda yayımlanan verilişlərdən söz açıb:

"Telekanal rəhbərləri dəvət edildi, nə oldu? İndi 5-6 bayağı, neqativ layihə bağlansa toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək. Azərbaycan kişisini rəzil vəziyyətdə nə qədər göstərmək olar? Bu nə biabırçılıqdır?!

Biz qalib xalqıq. Elə bir dövrdə yaşayırıq ki... Əsl kişilər dövründəyiq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, reytinqidir, olmasa işçini dolandıra bilməyəcəyəm. Boş bəhanədir, birinci öz ciblərini doldura bilməyəcəklər. Onlar ancaq cibi düşünürlər. Televiziya hər zaman özünü dolandırıb. Elə gözəl verilişlər olub. Televiziya rəhbərləri qazanmayıb?

Yuxarıdan göstəriş gəlsə ki, bunu bağlayın, olacaq. Camaata nə versəniz ona baxır. Nə versən onu da yeyəcək. Zir-zibili yedizdirmək yaxşı deyil. Bir dəfə dedim ki, verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır. Hamı başladı Tahir İmanov tükənib, çörəyi dizindədir".

T. İmanov məktəblərdə rüşvətxorluqqdan danışarkən deyib: "Millət vəkilləri ancaq danışırlar, problem həll olunmur. Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim. Bunun cəzası ancaq budur. Demirəm, rüşvət almayacaqlar, alacaqlar, amma qorxa-qorxa və bu azalacaq"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı