Sosial şəbəkələrdən dərman almayın - XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə müxtəlif dərmanların satışı ilə məşğul olan şəxslərin sayı xeyli artıb. Bu yolla müxtəlif vitaminlər, kökəlmək, arıqlamaq üçün dərmanlar, ağrıkəsicilər satılır. Bəs, bu dərmanlar nə dərəcədə təhlükəsizdir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, dərman vasitələrinin müxtəlif yerlərdə təbliğ edilməsi onun reklamı deməkdir.

"Dərman vasitələrinin reklamı isə qanunla qadağandır. Ümumiyyətlə, dövlət reyestrinə daxil olmayan dərmanların istifadəsi qanuni deyil. Sosial şəbəkədə təbliğ olunan dərmanların tərkibi, onun insanlara təsir mexanizmini məlum deyil. Ona görə də, əhaliyə tövsiyyə olunur ki, sosial şəbəkələr üzərindən dərman almasınlar. Çünki bu genofondun sağlamlığı məsələsidir".

Adil Qeybulla qeyd edib ki, bu məsələlərlə bağlı müxtəlif qurumlar məsuliyyət daşıyır. Ona görə, bununla bağlı ölçü götürülməlidir. Həkim məsləhəti olmadan dərmanların qəbul edilməsi təhlükəlidir. Ölkəyə gələn bütün dərmanlar dövlət reyestrindən keçirilməlidir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı