Kənd təsərrüfatı istehsalı cüzi artıb

2024-cü ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6019,7 milyon manat təşkil edib ki, onun da 3138,7 milyon manatı heyvandarlıq, 2881 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,1% artmış, bitkiçilik məhsulları istehsalı isə 1,4% azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı