Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlandı

“WhoScored” statistika saytı Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandasını tərtib edib.

Metbuat.az xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb.Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan)

Müdafiəçilər: Yozua Kimmix (Almaniya), Yaka Biyol (Sloveniya), Pepe, Nunu Mendeş (hər ikisi Portuqaliya)

Yarımmüdafiəçilər: Lamin Yamal, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya), Kodi Qakpo (Niderland)

Hücumçular: Kay Haverts (Almaniya), Killian Mbappe (Fransa).

Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR