İstirahət mərkəzində ailə faciəsi - Direktor danışdı

Qubadan Xaçmaza gedən ailənin başına bədbəxt hadisə gəlib. Belə ki, 12 yaşlı Böyükağa Həsənli Nabrandakı istirahət mərkəzlərindən birində hovuzda çimərkən boğularaq dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı danışan istirahət mərkəzinin direktoru bildirib ki, yeniyetmə valideynləri ilə birgə olub:

“Əgər uşaq gəlirsə, biz valideynlərinin öhdəlikləri barədə məlumatlar veririk. Onları xəbərdar edirik ki, hər hansı nəzarətdənkənar bir iş olarsa, valideyn məsuliyyət daşıyır. Bu barədə hazırda müvafiq orqanlar tərəfindən xüsusi araşdırmalar aparılır”.

Qeyd edək ki, yeniyetmənin meyiti aidiyyəti üzrə təhvil verilib və Quba şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Ətraflı "Baku TV"nin süjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı