​“Fənərbaxça” AVRO-2024-ün ulduz futbolçusunu alır

“Fənərbaxça” yeni heyət qurmaq üçün işləri davam etdirir.

Metbuat.az xəbər verir ki, Çempionlar Liqası üçün güclü heyət qurmaq istəyən “Fənərbaxça”Nqolo Kanteni transfer etmək üçün hərəkətə keçib. “Fotomaç”da yer alan xəbərə görə, "Fənərbaxça" "Əl-İttihad"ın fransız ulduzunu transfer etmək üçün danışıqlar aparır. Məlumata görə, Kantenin "Əl-İttihad" klubu ilə müqaviləsi 2026-cı ildə başa çatır. İddialara görə, Joze Mourinyo amilinə görə, o “Fənərbaxça”ya razılıq verə bilər.

Nqolo Kante AVRO-2024-də nümayiş etdirdiyi uğurlu oyunu ilə diqqət çəkmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR