Ermənistan daha rəzil vəziyyətə düşəcək - Deputat

"Ermənistan bu görüşlərdən imtina etməməlidir. Əksinə, daha çox səy göstərməlidir. Onlar İlham Əliyevin mərhəmətinə daha çox sığınmalıdırlar. Çünki bu mərhəmət olmasa, Ermənistan bu prosesdə daha rəzil vəziyyətə düşəcək".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti Ermənistana dəfələrlə şans yaradır ki, sülhə doğru konkret iradə nümayiş etdirsinlər:

"Əgər ermənilər bundan imtina edirlərsə, hətta Böyük Britaniya kimi ciddi bir dövlətin müəyyən bir vasitəçiliyi ilə bu prosesin həllində addım atmağı düşünmürlərsə, öz dəstəklərini də bütövlükdə beynəlxalq platformada itirirlər. Çünki bu cür görüşlərdən yayınan tərəf hər zaman haqsız tərəf kimi görünür. Bu baxımdan onlar bunu bir daha diqqətlə müzakirə edib, rasional addımlar atmağa çalışmalıdırlar. Əks halda, Azərbaycan bu məsələdə daha böyük mövqeyə sahib olan dövlət kimi daha fərqli addımlar ata bilər. Ermənistan bunu diqqətdən qaçırmamalıdır. Özü maraqlı olmalıdır ki, sülh müqaviləsi imzalansın".

Qeyd edək ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən Azərbaycan və Ermənistan rəhbərləri arasında Münxen Təhlükəsizlik Konfransındakı formatda yeni bir görüşün keçirilməsi təklif edilib. Lakin Ermənistan tərəfi bundan imtina edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı