"Qarabağ"ın iştirak ərizəsi açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanov iştirak ərizəsinə 24 oyunçunun adını daxil edib.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Fabian Buntiç, Sadiq Məmmədzadə

Müdafiəçilər: Mateus Silva, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Abbas Hüsyenov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Aleksey İsayev, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Musa Qurbanlı, Nəriman Axundzadə

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR