"Qarabağ" növbəti mərhələdə bu klublardan biriylə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. "Linkoln" - "Qarabağ" cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolu

Səpələnmişlər

"Linkoln" - "Qarabağ" cütünün qalibi

"Ferentsvaroş" - TNS cütünün qalibi

PAOK - "Borats" cütünün qalibi

"Bodo Qlimt" - RFŞ cütünün qalibi

"Selye" - "Slovan" cütünün qalibi

"Styaua" - "Makkabi" (Tel-Əviv) cütünün qalibi

Səpələnməmişlər

"Malmö" - "Klaksvik" cütünün qalibi

"Lüdoqorets" - "Dinamo Minsk" cütünün qalibi

APOEL - "Petrokub" cütünün qalibi

"Panevejis" - "Yagellonya" cütünün qalibi

"Şemrok Rovers" - "Sparta" cütünün qalibi

"Santa Koloma" - "Midtyulland" cütünün qalibi

Səpələnmişlər

"Reyncers"

"Slaviya"

"Zalsburq"

"Lill"

Səpələnməmişlər

"Luqano" - "Fənərbağça" cütünün qalibi

"Dinamo Kiyev" - "Partizan" cütünün qalibi

"Union Sent Jiloaz"

"Tvente"

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı