"Kəpəz" yoxlama görüşündə qalib gəldi

"Kəpəz" klubu növbəti yoxlama matçını keçirib

Metbuat.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə görüşüb.Qəbələ şəhər stadionunda baş tutan matç "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qərb təmsilçisinin heyətində Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.

Qeyd edək ki, "Kəpəz" daha əvvəlki yoxlama görüşlərində "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR