"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***

21:35

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında ikinci qol vurulub.

Metbuat.az xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

75-ci dəqiqədə Toral Bayramov adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" arasında keçirilən görüşdə ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, "Europa Point Stadium"dakı matçda Ağdam təmsilçisinin üstünlüyü davam edir - 0:1.

Qeyd edək ki, 45+2-ci dəqiqədə Juninyo fərqlənib.

20:45

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" arasında keçirilən görüşdə hesab açılıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi hesabda önə keçib.

Juninyo adını tabloya yazdırmağı bacarıb.

Bununla da tərəflər fasiləyə 0:1 hesabı ilə yollanıblar.

***

20:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma “Europa Point Stadium”da keçirilir.

Görüşü macarıstanlı İştvan Vad idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR