Paris Olimpiadasının büdcəsi məlum olub.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat verib. Bildirilib ki, olimpiadanın büdcəsi 11 milyard avro olaraq qiymətləndirilib. Bu məbləğ ilkin büdcədən təxminən iki dəfə çoxdur.
Məlumata görə, dövlət xərcləri 2,3 milyard avro əvəzinə, 4,6 milyard avro təşkil edib. Açılış mərasimi üçün isə təxminən 122 milyon avro xərclənib.