Türkiyədən İsrailə sərt cavab - FOTO

"Hitlerin sonu necə oldusa, soyqırım törədən Netanyahunun da sonu elə olacaq. Soyqırım törədən nasistlər necə hesab verdilərsə, fələstinliləri yox etməyə çalışanlar da elə hesab verəcəklər. Dünya Fələstinin yanında olacaq. Fələstinliləri yox edə bilməyəcəksiniz".

Metbuat.az bildirir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında edilən paylaşımında yer alıb. Eyni zamanda Türkiyə XİN rəhbəri Hakan Fidan sosial şəbəkədə məsələ ilə bağlı qeyd edib:

"Prezidentimiz bəşəriyyətin vicdanının səsi olub. Bu haqlı səsi batırmaq istəyən, başda İsrail olmaqla sionistlər narahatlıq içindədirlər".

Xatırladaq ki, İsrail XİN naziri Yisrael Katz sosial mediada yaydığı açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı keçmiş İraq lideri Səddam Hüseynə bənzədib. Onun bu paylaşımına Türkiyədən sərt reaksiyalar gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı