“Qarabağ” çox güclü idi - “Linkoln”un baş məşqçisi

“Qarabağ” çox güclü idi.

Metbuat.az-ın məlumatına görə, bunu Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavi Munoz Bakıda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçın çətin keçdiyini bildirib: “Kiminlə qarşılaşdığımızı bilirdik. Dik durmağa çalışdıq. Amma bilirdik ki, hansı komanda ilə oynayırıq. Sona qədər vuruşduq. Lakin heç nə alınmadı, bacarmadıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı