Haniyənin qisası alınacaq - İran

İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının X hesabında edilən paylaşımda bildirilir. Qeyd edilib ki, HƏMAS liderinin öldürülməsi “qorxaq bir hərəkətdir” və bunu edənlər cavablarını alacaq.

Qeyd edək ki, İsmayıl Haniyənin Tehrandakı iqamətgahının vurulması nəticəsində o və bir cangüdəni həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı