Xəzərdə 52 yaşlı şəxs itkin düşdü - VİDEO

Xəzər dənizində 52 yaşlı İsgəndər Hüseynov adlı balıqçı batıb.

Metbuat.az xəbər verir ki, yaxınları iddia edirlər ki, iyulun 30-u balıqçı səhər saatlarında qayıqla dənizə açılıb, lakin günorta vaxtlarında onunla əlaqə yaratmaq mümkün olmayıb.

Məlumata görə, qayıqda iki naqil birləşik vəziyyətdə olub, onlardan biri qırılıb, digəri isə yoxdur. İddia olunub ki, İsgəndər Hüseynov dənizdə olarkən tutunmaq istəyən zaman naqil qopub.

"Xəbər verdilər ki, qayıq sahilə gəlib çıxıb, amma içində atam yoxdur, boşdur. Anam mən beş yaşım olanda rəhmətə gedib, bircə atam var idi. Doqquz yaşlı qıza, mənə və beş yaşlı oğluma baxırdı", - batan şəxsin oğlu deyib.

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR