Düşünürəm ki, qol vurub oyunu xilas etmək üçün bir qədər yaradıcılıq çatmadı.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la oyundan sonra deyib.
Yarımmüdafiəçi komandanın pis oynamadığını vurğulayıb:
"Çətin oyunlar oldu. Fikrimcə, pis oynamadıq. Məlum səbəblərə görə keçə bilmədik. Amma əlimizdən gələni etdik. Hakimlərdən danışmaq istəmirəm".
Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə (2:1, 0:0) Sumqayıt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırmalı olub.