"Ya indi, ya da heç vaxt" - “Barselona”dan ultimatum

"Atletik Bilbao" klubu Niko Uilyamsın müqaviləsini yeniləmək və onun sərbəst qalma məbləğini 100 milyon avroya çatdırmaq istəyir.

Metbuat.az xəbər verir ki, yeni müqavilədə futbolçuya daha yaxşı məvacib təklif olunub. İddialara görə, Uilyams klubda qalmaqda maraqlıdır. Lakin o hələlik yekun qərarını verməyib. Bildirilir ki, futbolçunu transfer etmək istəyən “Barselona” rəsmiləri futbolçuya xəbərdarlıq edib.

Ona bildirilib ki, ya indi “Barselona”nın təklifini qəbul edəcək, ya da “Barselona”da oynamağı unudacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR