"Rahat görünsəm də, daxilimdə tufan qopurdu".
Metbuat.az xəbər verir ki, bunu Parisdə keçirilən Olimpiya oyunlarında Türkiyəni təmsil edən və gümüş medala sahib çıxan Yusuf Dikeç deyib. Sosial şəbəkələrdə gündəm olan görüntüsü barədə danışan idmançı bildirib ki, bu hərəkətinin artistliklə əlaqəsi yoxdur:
"Bu, mənim motivasiyamdır. Paylaşımlar məni çox sevindirdi və qürurlandırdı. Bu uğur tək mənim deyil, 85 milyonun uğurudur".
Qeyd edək ki, Yusuf Dikeç 10 metr məsafəyə pnevmatik tapançadan atış yarışlarında Olimpiya oyunlarında gümüş medal qazanıb. Bu, Türkiyə tarixində atıcılıqda qazanılmış ilk Olimpiya medalı olub. İdmançının yarış zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi, rahat duruşu gündəm olmuşdu.