Ağır qəzada ölənin kimliyi bilindi - YENİLƏNİB

Bakı-sumqayıt yolunda baş verən qəza zamanı ölən şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, o, 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

***

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

    Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

    ***

    Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada ilkin məlumata görə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

    Metbuat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

      Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

      ***

      Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.

      Metbuat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

        Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.


        Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
        0552252950 (Whatsapp)

        BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR