Gimnastımız mübarizəni dayandırdı - YENİLƏNİB

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Metbuat.az bildirir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.

O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.

***

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Metbuat.az bildirir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.

O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı