Beş aptekdə nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi iyul ayı ərzində 29 aptekdə yoxlama aparıb.

Bu barədə Metbuat.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, Bakıda 28 aptekdə planlı, bir aptekdə yoxlamadan kənar təftiş keçirilib.

Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı