Şəhid anası vəfat etdi - FOTO

Şəhid Kamal Babayevin anası dünyasını dəyişib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, İsmayıllı rayonunun Xanagah kəndində yaşayan Lalə Babayevanın ölümünə səbəb xəstəlik olub.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamal Babayev 2020-ci il noyabrın 5-də Şuşanın Daşaltı kəndi yaxınlığında şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR