"Atamın ruhu qarşısında borcumu ödədim" - Polad Həşimovun oğlu

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul alıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə açıqlamasında Davud Həşimov özü məlumat verib.

O deyib ki, uşaqlıqdan kompüter sahəsinə marağı olub. 8-9-cu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb.

Davud Həşimov Kanadanın Toronto, ABŞ və digər ölkələrin bir sıra universitetlərindən qəbul alıb.

Amma Davud Həşimov təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək. O, bu universitetdə kompüter mühəndisliyi üzrə təhsil alacaq. Davud, bu uğurunun davamlı olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Daha ətraflı videoda:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR