Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

    Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

    Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR