ABŞ şirkətinin gəlirləri kəskin azaldı

"KFC", "Pizza Hut" və "Taco Bell" restoranlarının sahibi olan ABŞ-nin restoran idarəetmə şirkəti "Yum! Brands" bu ilin ikinci rübü üçün hesabatını açıqlayıb.

Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkətin gəlirləri ikinci rübdə 4 faiz artaraq 1,76 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 1,69 milyard dollar gəlir əldə edib. Gəlirlər dövr ərzində bazar gözləntilərindən 1,8 milyard dollar aşağı olub.

Şirkətin xalis mənfəəti ikinci rübdə 12 faiz azalaraq 367 milyon dollar olub. Şirkət keçən ilin ikinci rübündə 418 milyon dollar mənfəət əldə etmişdi. Eyni zamanda, şirkətin ötən ilin ikinci rübündə 1,46 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,28 dollara düşüb.

Həmçinin, şirkətə daxil olan "KFC" restoranlar şəbəkəsinin satışları ikinci rübdə Yaxın Şərq, Türkiyə və Şimali Afrikada 11 faiz azalıb. "Pizza Hut"un Yaxın Şərq və Afrikada satışları da 6 faiz azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı