Sabah yağıntılı hava davam edəcək?

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı