Üç bürc yaxın zamanda sevinəcək

Astroloji araşdırmalara görə, bəzi bürclər üçün avqust ayı uğurlu olacaq. Bir çox arzularını həyata keçirə bilərlər.

Metbuat.az xarici mediaya istinadən həmin bürcləri təqdim edir:

Əkizlər bürcü üçün avqust ayı kifayət qədər məhsuldar keçəcək. Onlar üçün mühüm layihələr həyata keçirmək üçün ən uğurlu zamandır. Ətrafında olan yaxın insanlar ilə əyləncəli vaxt keçirə biləcəklər.

Buğa bürcü də bu ay bolluq içində yaşayacaq. Maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Küsülü olduqları insanlar ilə yenidən münasibətlərini bərpa edəcəklər.

Oxatan bürcləri üçün avqust ayının sonu uğurlu olacaq. Maliyyə məsələlərini həll edə biləcəklər. Sevgi münasibətlərində yaranmış problemlər qaydasına düşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR