"Atasının qisasını alıbmış" - Aminin qətlinin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlu ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir.

Ötən gecəki qətlin də məhz qisas zəminində törədildiyi deyilir.

Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı