Kiyev verdiyimiz silahlarla Rusiyaya hücum edə bilər - Almaniya

"Ukrayna Almaniyadan aldığı silahlardan öz istəyinə uyğun istifadə edə bilər. Bu, Rusiya ərazisinə hücum üçün də keçərlidir".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bundestaqın Müdafiə Komitəsinin sədri Markus Faber "Berliner Morgenpost" qəzetinə açıqlamasında bildirib. Rusiya da müharibə zonası olduğu üçün o, alman silahlarından istifadə edərək Rusiya ərazisində irəliləməkdə problem görmədiyini deyib:

"Ukraynaya silah ötürüləndə o, Ukrayna silahına çevrilir. Bu, bütün materiallara, o cümlədən "Leopard-2"yə aiddir. Rusiyanın Ukraynaya hücumu ilə bağlı hər iki dövlətin ərazisi müharibə zonasıdır. Silahdan istifadə beynəlxalq hüququn müddəalarına tabedir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı