İsrail və HƏMAS arasında danışıqlar baş tuta bilər

ABŞ, Misir və Qətər liderləri İsrail və HƏMAS-ı Yaxın Şərqdə münaqişənin şiddətlənməsi ilə bağlı təcili danışıqlar üçün görüşməyə çağırıblar.

Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, Qəzzada atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın tamamlanmasına dair danışıqlar avqustun 15-də Doha və ya Qahirədə baş tuta bilər.

"Masa üzərində razılaşması var, onun həyata keçirilməsinin təfərrüatlarını razılaşdırmaq qalır. Artıq boş yerə vaxt itirməyə və hər iki tərəfin daha da ləngidilməsi üçün bəhanələrə ehtiyac yoxdur. Girovları azad etməyin vaxtı çatıb. Atəşkəsə başlayın və bu razılaşmanı həyata keçirin”, - üç ölkənin yaydığı bəyanatda deyilir.

İsrailin baş naziri Binyamin Netanyahu artıq görüşdə israilli nümayəndələrin iştirak edəcəyini bildirib. Eyni zamanda HƏMAS bu bəyanatı şərh etməyib.

ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, HƏMAS və İsrail arasında ciddi problemləri nəzərə alaraq, sazişin gələn həftəyə qədər imzalanacağına ümid yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı