İki güləşçimiz mübarizə aparacaq - Paris-2024

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi - Hacı Əliyevlə Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Metbuat.az bildirir ki, hər iki idmançı yarışa 1/8 finaldan start verəcək.

97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq. 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı