"Qalatasaray"da ayrılıq - İngiltərəyə qayıtdı

"Qalatasaray"da forma geyinən Vilfred Zahanın yeni klubu böyük ölçüdə bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Məlumata görə, oyunçu İngiltərə Premyer Liqasına geri dönən "Lester Siti" ilə anlaşıb.

İngiltərə klubunda icarə əsasında oynayacaq Zahanın 8,8 milyon avroluq maaşınln hamısını "Lester Siti" ödəyəcək.

Qeyd edək ki, Zaha ötən mövsüm İstanbul təmsilçisində 42 matçda meydana çıxıb və 2110 dəqiqə oynayıb. Bu oyunlarda 10 qol vuran futbolçu, 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı