Belarus tanklarını Ukrayna sərhədinə yerləşdirir

Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi məqsədilə Ukrayna ilə sərhəd bölgəsinə yerləşdirilir.

Metbuat.az-ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdır və hərbi texnikalar dəmir yolu vasitəsilə təyin olunmuş ərazilərə yola salınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR