Kurskda xaos: Yüzlərlə şəxs itkin düşdü

Kursk vilayətinin sakinləri Ukrayna qoşunları ilə Rusiya ordusu arasında döyüş zonasında yerləşən yaşayış məntəqələrində öz qohumlarını axtarırlar.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, ən azı 200 nəfər "Lisa Alert" axtarış qrupu ilə əlaqə saxlayıb, digərləri isə "VKontakte" sosial şəbəkəsində itkin düşmüş qohumları ilə bağlı elanlar veriblər.

Qeyd edək ki, Kursk vilayətinin Suca rayonunun sakinləri Ukrayna ordusunun davam edən hücumu fonunda Prezident Vladimir Putindən kömək istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı