İtə baltayla işgəncə verdi - DİN hərəkətə keçdi

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.

Metbuat.az bildirir ki, hadisəni əks etdirən görüntüləri "Baku.ws" yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntü araşdırılır:

“Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR