"Qarabağ" ona görə çox qol vurdu ki..." - "Ludoqorets"in məşqçisi

"Belə bir matçı təhlil etmək çətindir. Sonda çox risk etdik və ona görə də rəqib çoxlu qol vurdu".

Metbuat.az bildirir ki, bunu Bolqarıstanın "Ludoqorets" klubunun baş məşqçisi Georgi Dermenciyev deyib. Onun sözlərinə görə, hesab bərabər olandan sonra toparlanmaq istəsələr də, yaxşı oynamadılar:

"Ağır məğlubiyyətdir. Çoxlu səhvlər etdik. Problem bunda idi. Erkən qol buraxdıq. Belə bir matçı təhlil etmək çətindir. Sonda çox risk etdik və ona görə də rəqib çoxlu qol vurdu. Futbolçular Avropada qalib ruhunu mənimsəməlidirlər. Belə matçlardan çox dərs çıxarmaq olar, futbolçular yüksələ bilər. Başqa cür də ola bilərdi, amma təəssüf ki, reallıq budur".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"i məğlub edərək play-off oynamaq şansı qazanıb. Təmsilçimiz Bakıda 1:2 hesabı ilə məğlub olsa da, səfərdə 7:2 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR