Üsyan bayrağını çəkdi - "Ya oynadın, ya da gedirəm"

“Real Madrid”in istedadlı futbolçusu Niko Pazın gedişi gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, gənc istedad heyətdə istədiyi qədər oynamadığı üçün başqa kluba transfer olmaq istəyir. “Todofichajes”in xəbərinə görə, “Real”ın yetirməsi olan futbolçu “Leqanes”ə transfer olmaq istəyir. Bildirilir ki, futbolçu “Leqanes”də daha çox oyun keçirə biləcəyi üçün “Real”dan getməyə qərar verib. O, rəhbərliyə israrla getmək istədiyini ifadə edib.

Qeyd edək ki, ötən mövsüm argentinalı futbolçu “Real Madrid”in əsas komandasında 8 oyun keçirib və 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR