38 yaşlı Modriç "Real Madrid"in tarixinə düşdü

İspaniyanın "Real Madrid" klubunda forma geyinən xorvatiyalı yarımmüdafiəçi Luka Modriç daha bir rekorda imza atıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, "Real Madrid" klubunda ən çox titul qazanan futbolçu olub. 38 yaşlı xorvatiyalı indiyədək madridlilərin heyətində 27 kuboka sahib çıxıb. Siyahıda 26 titulla Dani Karvahal və Naço Fernandes də yer alır.

Qeyd edək ki, ötən gecə Avropa Super Kubokunun finalında İtaliyanın "Atalanta" klubunu 2:0 məğlub edən "Real Madrid" tarixində 6-cı dəfə sözügedən kuboku qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR