Yaxın vaxtlarda İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq müqaviləsi imzalanacaq.
Metbuat.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib.
O bildirib ki, hər iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri bu layihə üzərində işləyir:
"Layihə nəzərdən keçirilməsi üçün prezident administrasiyasına təqdim edilib. Bu sənəd prezidentlər tərəfindən imzalanacaq. Düşünürəm ki, hazırlıqlar tamamlandıqdan sonra iki ölkə arasında müqavilə yaxın vaxtlarda imzalanacaq".