“Real”ın hücumçusu klubdan ayrıldı

İspaniyanın “Real” (Madrid) kollektivinin hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.

Metbuat.az xəbər verir ki, 23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub. O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı